XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 20:15

İran polisi son altı ayda 11 ton narkotik maddə müsadirə edib –Avropaya aparırmışlar

 

Cari ilin ötən 6 ayı ərzində İranın Buşehr şəhərində 11 ton narkotik maddə ələ keçirilərək məhv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat yayan şəhərin polis idarəsinin rəisi Ərəsten Türkməm Əfqanıstanda narkotik maddələrin istehsalının artdığını bildirib. Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə Əfqanıstandan İrana qanunsuz narkotik maddə keçirməyə çalışan 11 avtomobil sürücüsü həbs edilib. Avtomobillərə baxış zamanı külli miqdarda narkotik maddə tapılıb. Son altı ayda hər biri 5 və 7 nəfərdən ibarət olan 21 qrup zərərsizləşdirilib. Bir çox hallarda polis və sərhədçilərlə qaçaqmalçılar arasında silahlı toqquşma baş verib.

Polis rəisinin sözlərinə görə, ötən ilin 6 ayında 6 ton narkotik maddə müsadirə olunmuşdusa, cari ilin müvafiq dövründə bu rəqəm 11 tona yüksəlib. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik maddələri Avropaya daşımağa cəhd göstərirlər.