XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2018 - 15:48

Ötən gün ölkədə 108 cinayət törədilib –24 nəfər şübhəli şəxs saxlanılıb (DİN)

 Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 108 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumatda qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, beş nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.