XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2018 - 16:29

Sumqayıtda sələmçi qadını qətlə yetirdilər –10 bıçaq zərbəsi vurulub

 

Sumqayıtda 67 yaşlı qadın qətlə yetirilib.

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabidin qəsəbəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1951-ci il təvəllüdlü Minayə Həsənli öz yaşadığı mənzildə naməlum şəxs və ya şəxslər tərəfindən 10 bıçaq zərbəsi ilə qətlə yetirilib. Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.