XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 19:21

Şirvanda maşın yaşlı qadının üzərinə aşıb- Ölən və yaralanan var

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan “Mercedes” markalı “10-ZP-823” dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hazırda soyadı məlum olmayan Güldəstə adlı qadın hadisə nəticəsində ölüb. Maşının sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.