XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2018 - 22:37

Şirvanda maşın yaşlı qadının üzərinə aşıb, ölən və yaralanan var –VİDEO

 Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı “10-ZP-823” dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.