XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 14:36

Göygöldə 17 yaşlı gənc atasını qətlə yetirib –Detallar məlum olub

 

Göygöl rayonunda qətl hadisəsi törədilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Ramil Quluyev gecə saatlarında həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Bu zaman R.Quluyevin 17 yaşlı oğlu Eşqin Quluyev atasının başına balta ilə ağır zərbələr endirib. E.Quluyev atasının ona müqavimət göstərdiyini görüb habelə ona bir neçə bıçaq zərbəsi də endirib. R.Quluyev aldığı xəsarətlərdən yerindəcə keçinib.

E.Quluyev polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.