XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Sentyabr 2018 - 19:05

Rusiya agentləri Londonda necə səhv ediblər? –Petrovla Bəşirov "cəza" olaraq TV-yə çıxarılıb

  

Keçmiş rusiyalı kəşfiyyatçı Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən Aleksandr Petrov və Ruslan Başirovun əməliyyatdan qabaq qaldıqları hotelə fahişə gətirdikləri və otaqda marixuana çəkdikləri bildirilir.

Bu barədə Azadlıq Radiosunun Rusiya xidməti “The Daily Mail”ə istinadla yazır. Məlumata görə qəzetin əməkdaşları Petrov və Başirovun qaldıqları “City Stay Hotel”inin qonaqları ilə söhbətləşiblər.

Qonaqlar ətrafdan çətənə iyi gəldiyini və bütün gecə boyu onların otağından “seks səsləri” eşitdiklərini deyiblər. Azadlıq Radiosunun Rusiya xidməti həmçinin “The Telegraph” a istinadla yazır ki, Petrovla Bəşirov Rusiya televiziyasına “cəza” olaraq çıxarılıblar. Mənbənin yazdığına görə qəzet bu məlumatı Britaniya kəşfiyyatına istinadla yayıb.

Xatırladaq ki, hər iki şübhəli bu günlərdə “Rusiya bu gün” televiziyasına müsahibə verib və bu işdə əlləri olmadıqlarını, sadəcə Skripalın zəhərləndiyi Solsberi şəhərinə turist kimi getdiklərini deyiblər.

Mənbə yazır ki, onlar qeyri-peşəkarlığa görə cəzalandırılıblar. Məsələn: kadrların kameraya düşməsi, onların ictimai nəqliyyatdan istifadə etmələri, habelə ehtiyatsızlıq edərək “Noviçok” maddəsi olan şüşə qabı Skripalın evinin yaxınlığında buraxması bu səhvlərdən hesab olunur. Həmin şüşə qab sonradan 44 yaşlı Don Sterces adlı xanımın ölümünə səbəb oldu.

Mənbənin yazdığına görə Rusiyanın xüsusi xitməti olan “QRU” uğursuz əməliyyata görə rəqib kəşfiyyat xidmətləri tərəfindən tənqidə məruz qalıb. Britaniya kəşfiyyatı hesab edir ki, bu Rusiya xüsusi xidmətlərinin “böhranda” olmasından xəbər verir. Keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yulia martın 4-də Solsberidə skamyada huşsuz vəziyyətdə tapılmışdılar. Amma uzun müalicə və möcüzə nəticəsində sonda özlərinə gələ bildilər. Böyük Britaniya hesab edir ki, bu işin arxasında Moskva durur. London hesab edir ki, bu hücumu məhz Ruslan Başirov və Aleksandr Petrov adlı Rusiya agentləri törədib və bu günlərdə onların fotolarını da yayıb.