Türkiyənin İstanbul şəhərində valyutadəyişmə məntəqəsini qarət etməkdə şübhəli bilinən Ermənistan və Rusiya vətəndaşları saxlanılıb.
Türkiyə KİV-ləri xəbər verir ki, onlar hadisəni törətdikdən sonra Bursa şəhərinə gediblər.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Bursada çayxanada tutulublar. Hüquq-mühafizə orqanları şübhəlilərin qaldığı mehmanxananın otağında axtarış aparıblar.
Nəticədə böyük məbləğdə pul və qızıl aşkar edilib/Report.