XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2018 - 22:05

 Xalasının əri ilə yeyib-içdikdən sonra öldürdü –Dəşkəsən rayonunda qətl

Dəşkəsən rayonunda qətl törədilib.

Hadisə Əhmədli kəndində baş verib.

Həmin kəndin sakini Nafiq Rasim oğlu Quliyev xalasının əri Fikrət Xəlil oğlu İsmayılov tərəfindən qətlə yetirilib.

İlkin məlumata görə, iki qohum yeyib-içdikdən sonra hələ ki, bilinməyən səbəbdən onların arasında mübahisə yaranıb. Bu zaman F.İsmayılov bıçaqla N.Quluyevin boynunun şah damarını kəsərək onu qətlə yetirib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report.