Daşkəsən rayonunda 51 yaşlı kişi intihar edib.
“Report”un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndindəki çaxır zavodunun ərazisində qeydə alınıb.
Orada məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Kərimov Mübariz Musa oğlu özünü asaraq intihar edib.
İntiharın dəqiq səbəbi hələlik məlum deyil.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.