XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

19 Sentyabr 2018 - 17:55

12 yaşlı oğlan süni göldə batıb- Xaçmazda

Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.