XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

20 Sentyabr 2018 - 23:03

Marneulinin sabiq icra başçısının məhkəməsi davam edir –Hakim Temur Abazovla bağlı prosesi təxirə saldı

Gürcüstanın Rustavi Şəhər Məhkəməsində Marneuli rayonunun keçmiş rəhbəri Temur Abazovun işi üzrə növbəti məhkəmə iclası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hakim Ketevan Luaşvili ittiham tərəfinin iş üzrə konkret sübutlar təqdim etmədiyini bildirib.

Hakim məhkəmə prosesinin təxirə salınması barədə qərar qəbul edib. İş üzrə növbəti məhkəmə iclası oktyabrın 9-na təyin olunub.

T.Abazovla bağlı son məhkəmə iclası sentyabrın 6-da baş tutub. Məhkəmədə T.Abazova qarşı irəli sürülmüş ittiham ağırlaşdırılıb və onun həbsdə saxlanılması barədə qərar qəbul olunub.

T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb.