XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2018 - 19:30

Tərtərdə “VAZ-2107” traktorla toqquşub –4 nəfər yaralanıb

Tərtər rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Xoruzdu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Belarus” markalı traktor toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü Elçin Mehdiyev və sərnişinləri – Ramal Mehdiyev, Qərənfil Mehdiyeva və İradə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır/Report.