XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2018 - 23:40

Yevlaxda sürətlə hərəkət edən maşın betona çırpıldı –5 nəfər yaralanıb + Adlar

Yevlax rayonunda yol qəzası baş verib.

Hadisə Yevlax şəhər Avtovağzalının yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər – Tovuz rayon Bayramlı kənd sakini, 1966-cı il təvəllüdlü Bəxtiyar Mehralı oğlu Abdıyev, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Kamala Nəcəfqulu qızı Əliyeva, Şəmkir rayon Şiştəpə kənd sakinləri – 1988-ci il təvəllüdlü Ceyhun İsaq oğlu Hüseynov və 1996-cı il təvəllüdlü Şahanə Araz qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı xəsarət alan avtomobilin sürücüsü, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elnur Dilqəm oğlu Qocayevin vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.