XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 12:33

Şəkidə 62 yaşlı kişi itkin düşüb- FOTO

Şəkidə 62 yaşlı kişi itkin düşüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqov sentyabrın 23-də səhər saatlarında rayonda “dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və indiyədək geri qayıtmayıb.

Evdən çıxanda əynində boz rəngli şalvar və pencək, ayağında qara rəngli ayaqqabı olub. Boyu 170 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.