XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 13:40

Bakıda ağır yol qəzası baş verib –1 nəfər ölüb, 2-si yaralanıb

Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə sentyabrın 26-da saat 9 radələrində Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini Fariz Muradov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarında dayanmış Şaban İsayevə məxsus “Ford” markalı avtomobilə vurub. Nəticədə F.Muradov və sərnişinləri – Ağcabədi rayon sakini Sahib Əliyev və Şirvan şəhər sakini Elxan Novruzov xəstəxanaya yerləşdirilib, S.Əliyev orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır/Report.