XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2018 - 20:14

Keçmiş məhkum yeznəsini balta ilə qətlə yetirib –Lənkəranda qətl

Lənkəran rayonunda qayın yeznəsini balta ilə qətlə yetirib.

Məlumata görə, rayonun Vilvan kənd sakini Mahir Əzimov yaşadığı həyətdə yeznəsi, Lənkəran şəhər sakini Sakit Yusubovu ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib. M.Əzimov polisə könüllü təslim olub.

Hadisə S.Yusubovun qayınatasının evində baş verib. O, özü də həyat yoldaşı ilə birlikdə bu evdə yaşayıb.

Kənd sakinlərinin sözlərinə görə, M.Əzimov bir müddət əvvəl həbsdən azad edilib.

Faktla bağlı araşdırma aparılır/Report.