XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2018 - 21:24

“Azərsu” ASC-nin fəhləsi torpaq altında qaldı –Abşeronda kanalzasiya çəkilişi zamanı faciə yaşandı

Abşeron rayonunda torpaq uçqunu zamanı fəhlə ölüb.

Hadisə rayonun Masazır qəsəbəsində kanalizasiya xəttinin çəkilişi zamanı qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Elvin Mütəkəllim oğlu Sadıqov ehtiyatsızlıq nəticəsində torpaq uçqununun altında qalıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun “Azərsu” ASC-nin Tikinti idarəsinin əməkdaşı olduğu bildirilir/Report.