Sabirabadda “Mercedes” markalı mikroavtobusla “KamAZ” markalı yük maşının toqquşması nəticəsində 6-sı qadın olmaqla 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Polad Toğayı kəndi ərazisində baş verib. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.