XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2018 - 10:07

Ötən gün ölkədə 106 cinayət törədilib –24 cinayət “isti izlərlə” açılıb, 31 nəfər şübhəli şəxs saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 106 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumatda deyilir.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.