Bu gün Səbail Rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Vəkil Vasif Mirzəyev apa.az-a bildirib ki, prosesdə müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılacağı təqdirdə onun ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib. Mehriban Hüseynova barəsində seçilmiş həbs-qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar qəbul edilib.
Vəkil bazar ertəsi qərardan apellyasiya şikayəti verəcəyini bildirib.
Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur.