XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2018 - 19:43

Hərbi zavoddakı yanğınla bağlı cinayət işi başlanıb –Baş Prokurorluq

 

Sentyabrın 28-də Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Müdafiə Sənayesi Nazirliyinin, şəhər polis şöbəsinin və şəhər prokurorluğunun əməkdaşları, həmçinin nazirliyin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub, zəruri və təxirəsalınmaz birgə tədbirlərin görülməsinə başlanılaraq yanğının genişlənməsinin qarşısı alınıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, zavodun istehsalat sahəsinə aid konteyner tipli sexində detalların sıxılması üçün nəzərdə tutulmuş dəzgahın quraşdırılması zamanı yanğın baş verib, nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan zavodun işçiləri Xəlilov Vaqif Valeh oğlu və İsmayılov Sabit Əlisurət oğlu Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 223.1-ci (partlayış təhlükəli obyektlərdə və ya partlayış təhlükəli sexlərdə təhlükəsizlik qaydalarının pozulması, ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin başvermə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.