XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2018 - 22:12

İranda 1 ton 669 kiloqram narkotik maddə müsadirə edilib

 İranın Sistan-Bəlucistan bölgəsindəki İranşəhrdə 1 ton 669 kiloqram narkotik maddə müsadirə edilib.

AZƏRTAC bölgənin Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı general Məhəmməd Qənbəriyə istinadla xəbər verir ki, operativ məlumatlar əsasında həyata keçirilmiş əməliyyat nəticəsində İranşəhrə daxil olan yük avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilib və yük yerində 1 ton 621 kiloqram tiryək, 23 kiloqram heroin, 5 kiloqram həşiş və 20 kiloqram digər narkotik maddələr aşkar olunaraq müsadirə edilib.

General diqqətə çatdırıb ki, baş vermiş hadisə ilə əlaqədar həbs olunanlar var, cinayət işi açılıb və istintaq aparılır. “Məqsədimiz narkotik maddələrin kimlərə çatacağını müəyyənləşdirməkdir”, – deyən M.Qənbəri bildirib ki, qaçaqmalçılar narkotik maddələri Avropaya göndərmək istəyində olublar.