Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayonun Maşlıq kənd sakini, 1990-ci il təvəllüdlü Hicran Etibar oğlu Adıgözəlov sağ böyrək nahiyəsindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.