XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 10:17

Son iki gündə ölkədə 187 cinayət törədilib –52 nəfər şübhəli şəxs saxlanılıb (DİN)

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 187 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat  xidmətindən  Strateq.az-a  məlumat verilib. Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.