XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 10:48

İndoneziyada həbsxanadan 1200 məhkum qaçdı –Zəlzələdən qorxub binanı tərk ediblər

 

İndoneziyada baş vermiş zəlzələdən sonra Mərkəzi Sulavesi vilayətində yerləşən həbsxanalardan ən azı 1200 məhkum qaçıb.

Trend-in məlumatına görə, faktı İndoneziya Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi təsdiq edib.

O, əmin olduğunu bildirib ki, məhbuslar yeraltı təkanlar nəticəsində zərər çəkməkdən qorxduqları üçün qaçıblar: “Aydındır ki, bu onlar üçün ölüm-dirim məsələsi idi”.

Dunqala rayonunda 343 məhkumun qaçdığı həbsxanada isə zəlzələdən sonra yanğın baş verib. Onların əksəriyyəti korrupsiya və narkotiklərlə əlaqədar cinayətlərə görə həbs edilib.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi rayonunda 7,4 bal gücündə zəlzələ, ardınca təqribən 2 sutka ərzində 170 təkrar təkan qeydə alınıb. Güclü yeraltı təkanlar zamanı sunami yaranıb, dalğaların hündürlüyü 3-5 metr olub. Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 1200-dən çox insan həlak olub, yüzlərlə ağır yaralı var. Ən azı 16 min yerli sakin evlərini tərk etməyə məcbur olub, minlərlə ev, mehmanxana, ticarət mərkəzi dağılıb.