XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2018 - 12:06

Özbəkistanın səfiri Səbaildə qəzaya düşdü –“Harley Davidson” motosikleti ilə toqquşdu  

 

Özbəkistanın Azərbaycandakı səfiri avtomobil qəzasına düşüb.

“Report” xəbər verir ki, səfir Şerzod Fayziyev idarə etdiyi səfirliyə məxsus “Chevrolet” markalı maşınla Səbail rayonu, Teymur Elçin küçəsində qəzaya düşüb. Səfirin şəxsən idarə etdiyi avtomobil “Harley Davidson” markalı motosikletlə toqquşub.

Qəza zamanı nəqliyyat vasitələrinə ziyan dəysə də, xəsarət alan olmayıb.