XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 October 2018 - 16:05

ABŞ-la Türkiyəni üz-üzə gətirən rahib Konstitusiya Məhkəməsinə müraciət edəcək –Vəkili danışdı

ABŞ-la Türkiyəni üz-üzə gətirən və hazırda İzmirdə ev dustaqlığında saxlanılan rahib Branson  sabah Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə rahibin vəkili İsmayıl Cem Halavurt açıqlama verib.

O,  məhkəməyə müraciətin səbəbini müvəkkili haqqında verilmiş ev həbsinin aradan qaldırılması ilə bağlı olduğunu deyib: “Biz Bransonun üzərindən ev dustaqlığının götürülməsi ilə yanaşı, onun xaricə çıxışına  qadağanın da ləğv eidlməsini tələb edirik”.

Qeyd edək ki, amerikalı rahib oktyabrın 12-də hakim qarşısına çıxarılacaq. Əgər barəsində casusluq, PKK və FETÖ terror təşkilatlarına yardım göstərmək  və sair kimi ittihamlar təsdiqlənərsə, o zaman Bransonu 35 ilə qədər həbs cəzası gözləyir.