Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.
DİN-dən Strateq.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub.
Bildirlib ki, nəticədə A.Vəliyev və sərnişinləri – arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.