XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

05 Oktyabr 2018 - 16:20

Moskva vilayətində “MiQ-29” qırıcı helikopteri qəzaya uğrayıb –Meşədə yerə çırpılıb

 

 Moskva vilayətində M.M.Qromov adına Uçuş-Tədqiqat İnstitutuna məxsus “MiQ-29” qırıcı helikopteri qəzaya uğrayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, helikopter Dmitrovskoye kəndi yaxınlığında meşədə yerə çırpılıb. Helikopterin hər iki pilotu katapultla tullanmağa macal tapıb. Pilotlardan biri hazırda Jukovski şəhər xəstəxanasının reanimasiya bölməsindədir. Onun həyatı üçün təhlükə yoxdur.

Bildirilir ki, helikopter təlim-məşq uçuşu keçirərkən idarəetmə sistemində nasazlıq yaranması güman edilir.

Hadisə ilə əlaqədar xüsusi təhqiqat komissiyası yaradılıb.