XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2018 - 16:45

Alp dağlarında 26 il əvvəl itkin düşən türkiyəli alpinistin cəsədi tapılıb –FOTO

 

Alp dağlarında 26 il əvvəl itkin düşən türkiyəli alpinist Hasan Tarımın cəsədi tapılıb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Hasan Tarım 1992-ci ildə almaniyalı həmkarları ilə Alp dağlarına çıxarkən itkin düşüb. Onun cəsədi bu yaxınlarda digər alpinistlər tərəfindən tapılıb. Bildirilir ki, mərhum alpinist Kayseri vilayətinin Sarız rayonundakı Kırkısraklılar kəndindəndir. Cənazə yaxın günlərdə mərhumun doğmalarına təhvil veriləcək.