XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 14:31

FHN Göygöl rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili iki nəfərin üzərinə aşıb.

FHN-dən bildiriblər ki, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun cəsədlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.