XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

08 Oktyabr 2018 - 12:21

Yük maşının sürücüsü 16 min dolları Azərbaycandan çıxarmaq istədi –Gömrükçülər tutdular (FOTO)

 

Gömrük əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən aparılması cəhdinin qarşısını alıblar.

DGK-dan Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxışdan öncə, Gürcüstan vətəndaşı bəyannamədə göstərdiyi 1000 ABŞ dollarından artıq pul vəsaitinin olmadığını bildirib. Lakin yoxlama zamanı yük maşınının kabinəsində radio-maqnitafon üçün nəzərdə tutulmuş, ancaq boş olan hissədə kağız bağlamanın olduğu müşahidə edilib. Kağız bağlama gizlədilmiş yerdən çıxarılıb açılarkən içərisindən gömrük nəzarətindən gizlədilmiş əsginaslar – 16.085 ABŞ dolları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.