XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

09 Oktyabr 2018 - 20:19

Prokuror üçqat dünya çempionuna 7 il 6 ay cəza istədi –Məhkəmə prosesi

Bakıda ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Urxan Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Urxan Orucovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, bu il yanvarın 25-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub.

Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

2-ci polis bnölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin nəqliyyat vasitəsinin sürücüsü – Bakı şəhər sakini Urxan Orucov saxlanılıb.

Urxan Orucov peşəkar idmançıdır.

Kikboksinq və kunq-fu idman növləri ilə məşğul olan Urxan Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur/Teleqraf.com.