XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

10 Oktyabr 2018 - 16:56

İŞİD-ə qoşulanların məhkəməsində “ölü şahidlər”:Terrorçuluqda şübhəli bilinənlər günahsız olduqlarını deyirlər

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulub onun bir qolu olan «Nüsra Cəbhəsi»nin tərkibində döyüşməkdə suçlanan üç azərbaycanlı – Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyev özlərini təqsirli bilmirlər.

«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasına qoşulub onun bir qolu olan «Nüsra Cəbhəsi»nin tərkibində döyüşməkdə suçlanan üç azərbaycanlı – Emin QuliyevAsim Baxışov və Teyfur Əliverdiyev özlərini təqsirli saymırlar. Onlar təqsirsiz olmalarını sübut etməkdən ötrü bir neçə nəfərin məhkəmədə dindirilməsini istəyirdilər. Vəkilləri məhkəmədə vəsatət qaldırmış, hakim də təmin etmişdi. Hətta onların məcburi gətirilməsi barədə qərar çıxarılmışdı.

Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş araşdırılarkən məlum olub ki, dindirilməsi istənilən şahidlər Suriyaya gedib və qayıtmayıb. Qusar Rayon Polis Şöbəsindən məhkəməyə bu barədə məlumat verilib.

Şöbənin məktubunda yazılıb ki, Qusar sakini Hacıverdi Hacıverdiyev 2013-cü il mayın 10-da «Şıxlı» sərhəd məntəqəsindən Gürcüstana keçib, oradan Türkiyəyə, daha sonra isə Suriyaya gedib və geri qayıtmayıb. Ondan sonra bu vətəndaş barədə heç bir məlumat yoxdur.

 

İki şahidin öldüyü bildirilir

 

Dindirilməsi istənilən başqa bir şahid Firuz Şəkiyevin atası Faiz Şəkiyev də polis şöbəsinə bildirib ki, oğlu 2013-cü il martın 13-də öncə Gürcüstana gedib, oradan Türkiyəyə, ardınca da Suriyaya keçib. Həmin ilin iyununda isə internetdə F.Şəkiyevin ölməsi barədə məlumat yayılıb.

Təqsirləndirilən E.Quliyevin vəkili daha bir şahid ifadəsiylə bağlı vəsatət qaldırıb. Vəkil deyir ki, cinayət işinin materiallarında Cəmil Məhərov adlı şahidin ifadəsi yer alıb. Halbuki, o şahid 2012-ci ildə ölüb. Bunu təsdiqləyən sənədlər də var: «Cəmil Məhərov barəsində əməliyyat tapşırığında onun 2012-ci ildə öldüyü qeyd olunub. Ancaq ittiham aktında onun ifadə verdiyi yazılıb və ona istinad olunub».

Təqsirləndirilən E.Quliyevin ifadəsində də var ki, onu Suriyaya Cəmil aparıb, az sonra özü orada ölüb: «Məni ora Cəmil aparmışdı, dedi ki, yük daşımağa kömək edərsən. Ora bomba düşdü, partladı, mənim də başım əzildi. Az sonra Cəmilin döyüşlərdə öldüyünü eşitdik. Məhkəmədə məlum olub ki, iş materiallarında Cəmil Məhərovun qardaşı Cəbrayıl Məhərovun da ifadəsi var. Hər iki ifadənin məzmunu və oxşardır».

Hakim deyib ki, məhkəmə sonda hökm çıxaranda bu məsələyə də qiymət verəcək.

Cinayət işinin materiallarında yazılıb ki, adları çəkilən şəxslər Suriyada Gürcüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi silahlı qruplaşmanın tərkibində hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbula gəlib, oradan da Azərbaycana qayıdıblar. Onlar Azərbaycanda həbs olunublar.

Ancaq təqsirləndirilən şəxslər ittihamı qəbul etmir. Onlar bildirirlər ki, istintaqda təzyiq altında etirafedici ifadələrə imza atıblar.

(Azadlıq radiosu)