XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

15 Fevral 2016 - 12:27

Özünü “Asan Xidmət”in məsul şəxsi kimi təqdim etdi, ancaq…- Baş Prokurorluq

bash-prokurorluq"Vətəndaşlara özlərini “Asan Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək, onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb".

Bu barədə Strateq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı Nərgiz Elçiyeva özünü Bakı şəhər 4 saylı “Asan Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini aldadıblar:

"Belə ki, həmin sakini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar yarandığından, faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb".

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.