XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2018 - 11:24

Polisə tüfənglə hədə-qorxu gələn iki nəfər saxlanıldı –Lənkəranda

Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.

“Report”un xəbərinə görə, görülən tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, 50-yə yaxın patron və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.