XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2016 - 12:54

BTRİB-in baş mühasibi ilə bağlı daha bir qərar –Həbs müddəti uzadıldı

mehkemeRabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) həbsdə olan baş mühasibi Anar Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Gülşən Salmanovanın verdiyi məlumata görə, Binəqədi rayon Məhkəməsi həbs müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, A. Mustafayev “MTN işi”nə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən ittiham olunur. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

APA