XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

12 Oktyabr 2018 - 21:50

“Emmi” mükafatının sahibi çəkiliş zamanı ölüb –Eyvandan yıxılıb

Nüfuzlu “Emmi” mükafatının sahibi olan Ceyms Emsviller “Dostumsan” filminin çəkilişləri zamanı ölüb.

“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, Pitsburq şəhərindəki çəkilişlər zamanı siqaret çəkmək üçün eyvana çıxan 61 yaşlı işıqçı oradan aşağı yıxılıb. C.Emsviller dərhal xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, C.Emsviller 2015-ci ildə “Bessi” filmindəki çalışmalarına görə “Emmi” mükafatına layiq görülmüşdü.