XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 00:33

Gürcüstan həbsxanalarında nə qədər azərbaycanlı var? –Sayları açıqlandı

Gürcüstan həbsxanalarında 92 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Oxu.Az “Qruziya Online” portalına istinadla xəbər verir ki, bununla bağlı məlumat Gürcüstan Ədliyyə Nazirliyinin bu ilin avqustunda yayımladığı hesabatında yerləşdirilib.

18 nəfər ittiham edilən, 74-ü isə məhkum olunanlardır. İttiham olunanlardan 16-sı kişi, ikisi qadındır, məhkumlardan isə 67-si kişi, yeddisi isə qadındır. Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilər arasında Azərbaycan vətəndaşları 16,1% hissəni əhatə edir.

Qeyd edilib ki, Gürcüstan həbsxanalarında 66 Rusiya, 96 İran və 29 Ermənistan vətəndaşı saxlanılır.