XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 12:15

Bakıda sərnişin avtobusu qəza törədib:ölən var

Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, oktyabrın 12-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.