XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

13 Oktyabr 2018 - 14:12

DİN Sabunçuda ölümlə nəticələnən avtobus qəzası barədə məlumat yayıb

Sabunçuda 208 saylı avtobus qəza törədib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hadisə oktyabrın 12-də saat 22 radələrində baş verib.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.