XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2018 - 19:02

Kanalda batan 47 yaşlı şəxsin meyiti tapılıb- FHN

Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazalılar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1971-ci il təvəllüdlü Mirzəyev Mərdan Qardaşxan oğlunun axtarışları başa çatıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, M.Mirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.