XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 17:29

Bərdədə ov zamanı bədbəxt hadisə –24 yaşlı gənc sinif yoldaşını güllələdi

Bərdə rayonunda ov zamanı ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”unməlumata görə, rayonun Gulgəzli kənd sakini, 24 yaşlı Sadiq Tapdıqbəyli dostu və sinif yoldaşı olan Yaşar Kərimovu güllələyib. Nəticədə 24 yaşlı Yaşar Kərimov aldığı güllə yarasından hadisə yerində ölüb.

Bərdə rayon Prokurorluğundan bildirilib ki, hadisəni törədən S.Tapdıqbəyli saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.