XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2018 - 20:52

24 yaşlı gəncin meyiti su arxından tapılıb- Bərdədə

Bərdə rayonunda su arxından meyit tapılıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü il təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib.

Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.