XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

15 Oktyabr 2018 - 22:54

“Lotu Quli”nin taleyi qeyri-müəyyən olaraq qalır –Türkiyədə deportasiya şöbəsində saxlanılır

Oktyabrın 8-də İstanbulda saxlanılmış kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) indiyədək İstanbul şəhərində Kumkapı Miqrasiya Mərkəzinin Deportasiya şöbəsində saxlanılır.

Onun deportasiyası prosesi zəruri prosedurların yekunlaşmaması səbəbindən gecikir.

Strateq.az xəbər verir ki, bu barədə “Turan” agentliyinə İstanbulun hüquq-mühafizə qurumlarındakı məlumatlı mənbələr bildirib.

Bəzi məlumatlara görə, Səlifov Rusiyaya təhvil verilə bilər. Bu, onun Türkiyəyə bir il əvvəl başqa adla – Rusiya pasportu ilə gəlməsi ilə bağlıdır. Digər məlumatlara görə, o, uzun illər ağır cinayətlər törətdiyinə görə həbsdə qaldığı Azərbaycana təhvil veriləcək.