XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

16 Oktyabr 2018 - 17:04

Həbsdə olan sabiq MTN generalının bacanağına cinayət işi açılıb –İtiiham aktı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun bacanağı Müsənnif Talıbov barəsində cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, M.Talıbovun barəsində Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

İttiham aktına əsasən, o, qonşusunun atasını həbsdən azad edəcəyi və onun torpaq sahəsinə sənəd əldə edəcəyi vədi verib. M.Talıbov bu işlərin qarşılığında həmin şəxsdən ümumilikdə 30 min manat pul alıb.

Daha sonra o, verdiyi vədlərə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Səhhətində problem olan M.Talıbovun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. Artıq cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin məhkəməyə gəlmədiyi elan olunub.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə S.Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edilib.