XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2018 - 15:16

Bakıda əməliyyat- 1 kq heroini 22 min manata satan dəstə ələ keçdi

Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb.

Trend-in məlumatına görə, hadisə Binəqədi rayonu ərazisindəki “Göyəzən” restoranında baş verib.

Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

F.Mirzəyev adıçəkilən restoranda 1 kiloqram 118,2 qram narkotik vasitə hesab edilən heroini 22 min manata şərti alıcı Mustafayev Elçin Mustafa oğluna satmaq üçün sövdələşib.

Sonra onun zəngi ilə Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci dairə ərazisində əmisi oğlu Bayrıyev Müslüm Əhmədağa oğlu həmin narkotik maddəni E.Mustafayevə satarkən polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.