XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 October 2018 - 17:41

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşüb- Araşdırma aparılır

Göygöl rayonunda gənc xanım naməlum şəraitdə itkin düşüb.

Trend-in məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Nərimanova Nüşabə Faiq qızı oktyabrın 18-də gecə saat 22:18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.