XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2018 - 10:55

İmişlidə meyiti tapılan kişi meşə sahəsinin rəisi olub

İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.

“Report”un Aran bürosu xəbər verir ki, bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.

İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş.

Bundan əvvəl İmişli sakininin iki nəfəri güllələdiyi xəbər verilmişdi.